Yuxarı

Emin Millinin qaynının məhkəməsi keçirilib

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un xəbərinə görə, prosesdə N.Ağabəyov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi