​Emin Millinin qaynının məhkəməsi təxirə salınıb

​Emin Millinin qaynının məhkəməsi təxirə salınıb Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib
Hadisə
15 Fevral , 2016 16:12
​Emin Millinin qaynının məhkəməsi təxirə salınıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin təxirə salınmasına səbəb şahidlərin iclasa gəlməməsi olub.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi