“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib

“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Fevral , 2017 10:29
“AtaSığorta”nın əməkdaşları şirkətə 90 min manat ziyan vurub, sədr polisə şikayət edib

Bakı. 28 fevral. REPORT.AZ/ “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədri Müseyib Əliyev polisə yazılı şikayət edib.

“Report”un xəbərinə görə, Səbail Rayon Polis İdarəsinə müraciət edən şirkət rəhbəri 3 nəfər sığorta mütəxəssisinin şirkətin ümumilikdə 90 min manat pulunu mənimsəməsi barədə məlumat verib. Belə ki, həmin sığorta mütəxəssisləri 2015-2016-cı illər ərzində həyata keçrdikləri sığorta əməliyyatlarında əldə etdikləri vəsaitləri “AtaSığorta”nın kassasından gizlədərək şirkətə külli miqdarda ziyan vurublar.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər

Orphus sistemi