Əmək pensiyalarının minimum məbləğinin artımı Naxçıvanda 26758 pensiyaçıya şamil olunacaq

Əmək pensiyalarının minimum məbləğinin artımı Naxçıvanda 26758 pensiyaçıya şamil olunacaq Əmək pensiyalarının minimum məbləğinin son artımı Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 26 min 758 əmək pensiyaçısına şamil olunacaq.
Sosial müdafiə
9 Oktyabr , 2019 01:15
Əmək pensiyalarının minimum məbləğinin artımı Naxçıvanda 26758 pensiyaçıya şamil olunacaq

Əmək pensiyalarının minimum məbləğinin son artımı Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 26 min 758 əmək pensiyaçısına şamil olunacaq.

Bu barədə "Report" Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Qeyd edilir ki, onlardan 14 min 527-si yaşa, 10 min 93-ü sağlamlıq imkanları məhdudluğa, 2138-i isə ailə başçısını itirməyə görə aşağı məbləğdə əmək pensiyası alan şəxslərin pensiyalarının məbləği 200 manata çatdırılacaq. Bu o deməkdir ki, 1 oktyabr 2019-cu il tarixdən 200 manatdan aşağı əmək pensiyası alan olmayacaq.

Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən hər ay orta hesabla 772 min 300 manat əlavə vəsait yönəldiləcək. Pensiyanın minimum məbləğinin artımı fond tərəfindən oktyabr ayının pensiya ödənişində qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsilə pensiyaçılara ödəniləcək.

Son xəbərlər

Orphus sistemi