"Embawood"un əməkdaşını qətlə yetirən şəxsə hökm oxunub

"Embawood"un əməkdaşını qətlə yetirən şəxsə hökm oxunub Gəncə. 2 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda firma əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
Hadisə
2 Oktyabr , 2018 11:43
Embawoodun əməkdaşını qətlə yetirən şəxsə hökm oxunub

Gəncə. 2 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda firma əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən məhkəmədə ötən il Ağstafa rayonunda qətl törədən Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Elçin Məmməd oğlu Mustafayevə hökm oxunub. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirli bilinən E.Mustafayev 14 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Mustafayev ötən il Ağstafa rayonunun Xətai kənd ərazisində tamah məqsədi ilə "Embawood" firmasının əməkdaşı, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib daha sonra ona məxsus "VAZ-2104" markalı avtomobildə olan malları götürərək avtomobili yandırıb və hadisə yerindən qaçıb.

Son xəbərlər

Orphus sistemi