Bakı. 14 yanvar. REPORT.AZ/ “Embawood” mebel şirkətinin Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən mağazasından oğurluq edilib. “Report”un xəbərinə görə, mağazanın sahibi Elmağa Nəcəfov polisə müraciət edərək bildirib ki, 26 dekabr 2015-ci il tarixindən bu il yanvarın 12-dək mağazanın anbarından məişət əşyaları və mebel dəstlərinin hissələri oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.