Elxan Poluxov etimadnamələrini Ekvadorun Vitse Prezidentinə təqdim edib

Elxan Poluxov etimadnamələrini Ekvadorun Vitse Prezidentinə təqdim edib Bakı. 9 may. REPORT.AZ/ İqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.
Hadisə
9 May , 2018 19:13
Elxan Poluxov etimadnamələrini Ekvadorun Vitse Prezidentinə təqdim edib

Bakı. 9 may. REPORT.AZ/ İqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.

Səfirliyin mətbuat xidmətindən "Report"a verilən xəbər görə, görüş zamanı, xanım Maria Vikunya ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Ekvador və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulayıb.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Ekvador Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəcəyini bildirib.

Sonra səfir Elxan Poluxov ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətdə müzakirə aparıb.

Son xəbərlər

Orphus sistemi