Elvin İsayevin məhkəməsi başlayıb

Elvin İsayevin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elvin İsayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. 
Hadisə
620
21 Sentyabr , 2020 10:03
Elvin İsayevin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elvin İsayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası sentyabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Azərbaycan Respublikasının vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.

Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə ititham edilir. 

Eyni zamanda Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
 

Son xəbərlər

Orphus sistemi