Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən həkim həbs edilib

Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən həkim həbs edilib O, 2,5 il müddətinə azadlıqdan məhrum olunub
Hadisə
31 Avqust , 2015 16:44
Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən həkim həbs edilib

Bakı. 31 avqust. REPORT.AZ/ Bakı Apelyasiya Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu barədə “Report”a E.Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib.

Anestezioloq Firuz İbrahimov məhkəmə zalında həbs olunub. Belə ki, 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib.

Qeyd edək ki, F.İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə təqsirləndirilirdi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının papilloması əməliyyatı zamanı dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi