Elnarə Tofiqqızının ölüm işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

Elnarə Tofiqqızının ölüm işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib Növbəti məhkəmə prosesi aprelin 22-nə təyin olunub
Hadisə
16 Aprel , 2015 16:23
Elnarə Tofiqqızının ölüm işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

Bakı. 16 aprel. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Bakı Slavyan Universitetinin (BSU) dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə “Report”a E.Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib.

Prosesdə S.Vəkilov özü və zərərçəkmiş tərəfin digər vəkili Aqil Layıcov çıxış edib. Həmçinin müdafiə tərəfinin də çıxışı dinlənilib.

Növbəti məhkəmə prosesi aprelin 22-nə təyin olunub. Həmin gün təqsirləndirilən Firuz İbrahimov məhkəmədə son sözü deyəcək.

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb və hələ davam edir.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi