"Elmlər Akademiyası" metrostansiyası yaxınlığında yaşlı qadını maşın vurub - FOTO - VİDEO - YENİLƏNİB

"Elmlər Akademiyası" metrostansiyası yaxınlığında yaşlı qadını maşın vurub - FOTO - VİDEO - YENİLƏNİB Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Hadisə
12 İyun , 2017 09:47
Elmlər Akademiyası metrostansiyası yaxınlığında yaşlı qadını maşın vurub - FOTO - VİDEO - YENİLƏNİB
Report.az

*** İlk xəbər 02:56-da dərc olunub. Video əlavə olunub.

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviçi "Lada Priora" markalı maşın vurub.

Nəticədə qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən avtomobilin sürücüsü saxlanılıb. Maşın isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi