Bu gün Səbail Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Abbasova 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.
Həmçinin məhkəmə S.Abbasovaya elektron qolbaq taxılması barədə hökm çıxarıb.
Bundan başqa, hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı, ümumilikdə, 100 min manatlıq mülki və mənəvi iddiadan 18 500 manat direktordan tutularaq E.Hacıyevanın anasına ödəniləcək.
Qeyd edək ki,