Əli Kərimlinin köməkçisinin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Əli Kərimlinin köməkçisinin cinayət işinin ibtidai istintaqı yekunlaşıb İş yaxın günlərdə məhkəməyə göndəriləcək
Hadisə
19 Aprel , 2017 17:58
Əli Kərimlinin köməkçisinin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı. 19 aprel. REPORT.AZ/ AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə "Report"a vəkil Fəxrəddin Meydiyev məlumat verib.

Onun sözlərinə görə, müvəkkili cinayət işi ilə tanış olub, yaxın günlərdə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Son xəbərlər

Orphus sistemi