Yuxarı
    Bağlamaq

    ​Əli Kərimlinin AXCP ilə bağlı apellyasiya şikayəti təmin edilməyib

    Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və həmin partiyanın sədri Əli Kərimlinin AXCP-nin qurultayının nəticələrinin tanınmaması ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

    "Report”un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, AXCP-nin 2015-ci il sentyabrın 27-də qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb. AXCP və Ə.Kərimli həmin qərardaddan apellyasiya şikayəti verib.

    Xatırladaq ki, Ədliyyə Nazirliyi eyni qərarı Razi Nurullayevlə də bağlı verib. Nazirlik R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayının nəticələrini tanımayıb. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddia icraata götürülməyib. R.Nurullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə R.Nurullayevin müraciətini təmin etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi