Əli Həsənov Yasamalda yanğının baş verdiyi əraziyə baş çəkib

Əli Həsənov Yasamalda yanğının baş verdiyi əraziyə baş çəkib Hazırda hadisə yerində olan komitə sədri vəziyyətlə tanış olub
Hadisə
7 İyun , 2017 15:39
Əli Həsənov Yasamalda yanğının baş verdiyi əraziyə baş çəkib

Bakı. 7 iyun. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda yanğının baş verdiyi ərazidədir.

"Report" xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar olaraq əraziyə gedən Ə.Həsənov məcburi köçkünlərlə görüşüb.

Hazırda hadisə yerində olan komitə sədri vəziyyətlə tanış olur.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb edilib, sakinlər binadan təxliyyə ediliblər.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi