Elgiz Qəhrəmanın nədə ittiham edildiyi məlum olub

Elgiz Qəhrəmanın nədə ittiham edildiyi məlum olub O, həbs edilib
Hadisə
15 Avqust , 2016 17:01
Elgiz Qəhrəmanın nədə ittiham edildiyi məlum olub

Bakı. 15 avqust. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyası və NİDA Vətəndaş Hərəkatının üzvü olan Elgiz Qəhrəmanın nədə ittiham edildiyi məlum olub.

"Report"un məlumatına görə, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrinin dövriyyəsində təqsirli bilinir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Qəhrəman barəsində  4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, E.Qəhrəman avqustun 12-də saxlanılıb. Onun üzərinə baxış zamanı təmiz çəkisi 3,315 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkarlanıb.

O, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi