Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Avqust , 2016 12:07
Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 29 avqust. REPORT.AZ/ Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Naziriliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 
Avqustun 28-də saat 11 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Saatlı şəhər sakini Əfqan Mustafayev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əliağa Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi