Yuxarı

Ələt-Astara yolunda duman maşınların hərəkətində problemlər yaradıb

Bu səbəbdən də nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər
© Report

Biləsuvar. 2 fevral. REPORT.AZ/ Biləsuvarda duman avtomobillərin hərəkətində problemlər yaradıb.

“Report”un Aran bürosunun məlumatına görə, gecə saatlarından etibarən rayon ərazisində dumanlı hava şəraiti müşahidə olunmağa başlayıb.

Güclü duman rayon ərazisində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaradıb.

Bu səbəbdən də nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər.

Həmçinin dumanlı hava rayonun bir neçə kənd yollarında da müşahidə edilir. Sözügedən ərazilərdə bu dəqiqəyə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi