Yuxarı
    Bağlamaq

    Ələt-Astara magistralında ağır yol qəzası: 1 ölü, 1 yaralı

    Hadisə maqistralın Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən  keçən hissəsində baş verib

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Ələt-Astara maqistralının Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

    "Report"un xəbərinə görə, "VAZ-2107" markalı avtomaşınla "Mercedes"-in toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

    42-BL-729 dövlət nişanlı "VAZ-2107" avtomobilinin sürücüsü 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızının dalağı partladığından təcili olaraq əməliyyata alınıb.

    42-BA-422 dövlət nişanlı "Mercedes" markalı avtomaşının sürücüsü Xolməli kəndinin sakini Hüseynov Fail Xudaverdi oğlu isə qəza nəticəsində xəsarət almayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi