Yuxarı

Ələt-Astara magistralında zəncirvari qəza: 4 yaralı

Xəsarət alanlardan ikisi azyaşlı olub

Bakı. 20 iyul. REPORT.AZ/Ələt-Astara magistralının 202-ci km-də Lənkəran rayonu ərazisində zəncirvari yol qəza hadisəsi qeydə alınıb.

"Report"un mılumatına görə, dörd nəfərin xəsarət aldığı qəza hadisə rayonun Şilavar kəndi ərazisindəki yol ayrıcında baş verib.

Magistral yolda Astara rayonundan Lənkəran istiqamətində hərəkət edən Kamaz markalı yük avtomaşını əsas yola çıxaraq yolu keçmək istəyən avtobusla toqquşub. Bundan sonra Kamazın sürücüsü idarəetməni itirərək yol kənarında taksi dayanacağındakı daha iki avtomaşınla toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə xeyli ziyan dəysə də sərnişinlər arasında ağır xəsrət alan olmayıb. Xəsarət alan 4 sərnişindən ikisi xəstəxanaya müraciət edib. Ambulator yardım göstərilərək evə buraxılıblar. Xəsarət alanlardan ikisi azyaşlı olub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi