Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb

Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili yanıb.
Hadisə
8 Avqust , 2022 19:38
Ələt-Astara magistralında yük avtomobili yanıb, yol müvəqqəti bağlanıb

Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğın magistralın 84-cü km-də qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Anar Hüseynovun idarə etdiyi "QAZel markalı yük avtomobili qəflətən alışıb. Yanğın hadisə yerinə cəlb olunan Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və iki texnikası tərəfindən söndürülüb.

Yanğın nəticəsində yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi