Salyan. 5 dekabr. REPORT.AZ/ Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında yeni Ələt-Astara magistral yolunun 36-cı kilometrliyində, rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Qurbanov Mais Şahəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 01-BV-604 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurbanova Aytən Füzuli qızı və Lənkəran sakini Ağayeva Mahirə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.