Zakir Qaralov cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üçün görülən işləri açıqlayıb

Zakir Qaralov cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üçün görülən işləri açıqlayıb Bu il aprelin 3-də Prezident cənab İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri üzrə səmərəli və qənaətlə istifadə edilməsi, dövlət sektorunda bir sıra xidmətlərin müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrin yaradılaraq onlara ötürülməsi əsas hədəflər kimi müəyyənləşdirilib.
Hadisə
1 Oktyabr , 2019 17:02
Zakir Qaralov cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üçün görülən işləri açıqlayıb
Baş prokuror Zakir Qaralov / Report

"Bu il aprelin 3-də Prezident cənab İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, dövlət resurslarının prioritet hesab olunan dövlət xidmətləri üzrə səmərəli və qənaətlə istifadə edilməsi, dövlət sektorunda bir sıra xidmətlərin müvafiq sahə üzrə ixtisaslaşmış özəl müəssisələrin yaradılaraq onlara ötürülməsi əsas hədəflər kimi müəyyənləşdirilib". 

"Report" xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Baş prokuror qeyd edib ki, fərmanda Baş Prokurorluğa tövsiyə edilən məsələlərlə bağlı qanun layihəsinin hazırlanaraq təqdim edilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupu tərəfindən Cinayət, Cinayət - Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub: "Tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulan vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilib. Həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə təyinatlar aparılıb".

Z.Qaralov bildirib ki, Baş Prokurorluqda fərmanın icrası istiqamətində görülən işlərin davamı kimi, dövlət ittihamının daha effektiv həyata keçirilməsi, vahid istintaq-məhkəmə təcrübəsinin formalaşdırılması, ibtidai istintaqa prosessual nəzarəti həyata keçirən prokurorlarla dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə “Elektron Dövlət İttihamı” proqramı hazırlanaraq istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi