Eldar Sultanov: “İsveçrə şirkətinə qarşı cinayət işinin başlanması barədə informasiyalar həqiqətə uyğun deyil”

Eldar Sultanov: “İsveçrə şirkətinə qarşı cinayət işinin başlanması barədə informasiyalar həqiqətə uyğun deyil” Baş Prokurorluq “Zepter İnterneyşnl” şirkətinin Xətai Rayon Prokurorluğuna qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib
Hadisə
13 Dekabr , 2016 16:44
Eldar Sultanov: “İsveçrə şirkətinə qarşı cinayət işinin başlanması barədə informasiyalar həqiqətə uyğun deyil”

Bakı. 13 dekabr. REPORT.AZ/ Baş Prokurorluq İsveçrənin “Zepter İnterneyşnl” şirkətinin Xətai Rayon Prokurorluğuna qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a bildirib ki, “Zepter İnterneyşnl” MMC-nin “Rayda” MMC-nin ərizəsi əsasında dələduzluqda ittiham olunması və fakta görə Xətai rayon prokurorluğu tərəfindən guya cinayət işi başlanması barədə informasiyalar həqiqətə uyğun deyil: “Qeyd olunan məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilərək bildiririk ki, “Rayda” MMC-nin direktorunun müqavilə şərtlərinin pozulması ilə əlaqədar “Zepter İnternational” MMC ilə aralarında yaranmış mübahisəyə dair müraciəti əsasında rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırmalarla toplanmış material üzrə 7 dekabr 2016-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib”.

Son xəbərlər

Orphus sistemi