Eldar Əzizov yanğın baş verən əraziyə gedib: "Vəziyyət nəzarətə götürülüb" - EKSKLÜZİV

Eldar Əzizov yanğın baş verən əraziyə gedib: "Vəziyyət nəzarətə götürülüb" - EKSKLÜZİV Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.
Hadisə
26 İyun , 2019 14:21
Eldar Əzizov yanğın baş verən əraziyə gedib: Vəziyyət nəzarətə götürülüb - EKSKLÜZİV

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

E.Əzizov "Report"un hadisə yerində olan müxbirinə açıqlama verib.

İcra başçısı bildirib ki, mütəxəssislər real vəziyyəti təhlil edərək rəy hazırlayacaqlar: “Gördüyünüz kimi, yanğın bir evdə qeydə alınıb və hazırda nəzarətə götürülüb. Hadisənin səbəbləri araşdırılır”.

Son xəbərlər

Orphus sistemi