Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə M.Bağırovun barəsində təyin edilən psixatrik ekspertizanın rəyi elan olunub.
Rəyə əsasən, M.Bağırov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub.
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti proses yanvarın 22-nə təyin edilib.
Qeyd edəki, hadisə ötən il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan 7 yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə səbəb 7 yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.
Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.