Yuxarı

Ekspert: "Avtobusa etimad olmadığından sərnişinlər başqa alternativ axtarırlar"

Bəzi sürücülərin avtobusu idarə edərkən siqaretdən istifadə edilməsinin qarşısı hələ də alınmır
© Report/ Firi Salim — Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov

Bakı. 12 yanvar. REPORT.AZ/ "Avtobusa etimad olmadığından sərnişinlər başqa alternativ axtarırlar. Ona görə də bu etimad yüksək səviyyədə bərpa olunmalıdır".

“Report” xəbər verir ki, bunu yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, bu, birbaşa daşıyıcıların sürücüləri işə götürməsi məsələsində daha məsuliyyətli olmasını tələb edir: "Sürücüləri təlimlərə tez-tez göndərmək lazımdır. Belə təlimlərdə iştirak edən sürücülər də daşıyıcıları müxtəlif formalarda ziyana salmayacaqlar".

Ekspert qeyd edib ki, bəzi sürücülərin avtobusu idarə edərkən siqaretdən istifadə etməsinin qarşısı hələ də alınmır: "Yaxud da sürücülərin bəziləri hələ də təhlükəsizlik kəmərindən istifadə etmir. Bu kimi halların qarşısını almaq lazımdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi