​Əkrəm Əylislinin cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib

​Əkrəm Əylislinin cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib Cinayət işinin maddəsi dəyişdirilib
Hadisə
21 Aprel , 2016 13:25
​Əkrəm Əylislinin cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib

Bakı. 21 aprel. REPORT.AZ/ Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsində yazıçı Əkrəm Əylisliyə qarşı başlanılan cinayət işinin maddəsi dəyişdirilib. 

Bu barədə "Report"a Ə.Əylislinin vəkili Elçin Sadıqov bildirib.

O deyib ki, Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə qaldırılan cinayət işi CM-nin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.

Vəkilin sözlərinə görə, CM-nin 315.1-ci maddəsi ilə istintaq prokurorluqda aparılmalı olduğundan, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Ə.Əylisli martın 30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. İttihama əsasən, Ə.Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüş söyüb, DSX-nin əməkdaşı Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində N.Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 sm ölçüdə solğun göyümtül qançır yaranıb.

Son xəbərlər

Orphus sistemi