Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.
Hadisə
11 may 2023 12:35
Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalar zamanı İsmayıllı, Qəbələ, Lerik və Bakı şəhərinin Nəsimi rayonu ərazisində ümumilikdə 370 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Son xəbərlər

Orphus sistemi