Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində icra edilib.
“Report” xəbər verir ki, bununla bağlı təşkil olumuş tədbirdə Penitensiar Xidmətin rəis müavini Nizaməddin Cəlilov çıxış edib.
4 saylı qadın cəzaçəkmə müəssisəsindən (CM) 2 nəfər azadlığa çıxıb. Bunlar Nüşabə Əhmədova və Günel Həsənovadır. “Report”un CM-də olan əməkdaşı xəbər verir ki, N.Əhmədovanı qohumları qarşılayıb. G.Həsənovanın isə arxasınca gələn olmayıb. O, azadlığa çıxması ilə bağlı sənədi alan kimi CM-ni tərk edib.




