Əfv sərəncamı Penitensiar Xidmətin Müalicə müəssisəsində də icra olunub

Əfv sərəncamı Penitensiar Xidmətin Müalicə müəssisəsində də icra olunub Prezident İlham Əliyevin imzaladığı Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində icra olunub.
Hadisə
17 Mart , 2019 13:20
Əfv sərəncamı Penitensiar Xidmətin Müalicə müəssisəsində də icra olunub
Report

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində icra olunub.

“Report”un əməkdaşı xəbər verir ki, həmin müəssisədən əfv olunmuş 3 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa çıxıb.

Əfv olunmuş məhkumların arasında 2012-ci ildə keçirilən hicab aksiyasında həbs olunan 1980-ci il təvəllüdlü Kazımov Xalid Nofəl oğlu da var.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 431 nəfərə şamil olunur.

Son xəbərlər

Orphus sistemi