Əfv sərəncamı Bərdədə 5 nəfərə şamil edilib - VİDEO

Əfv sərəncamı Bərdədə 5 nəfərə şamil edilib - VİDEO Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının Ədliyyə Nazirliyinin Bərdə rayon icra və prodasiya şöbəsində icrası həyata keçirilib. Tədbirdə Bərdə rayon regional ədliyyə idarəsinin əməkdaşları da iştirak edib.
Hadisə
17 Mart , 2019 14:22
Əfv sərəncamı Bərdədə 5 nəfərə şamil edilib - VİDEO
Report

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının Ədliyyə Nazirliyinin Bərdə rayon icra və prodasiya şöbəsində icrası həyata keçirilib. Tədbirdə Bərdə rayon regional ədliyyə idarəsinin əməkdaşları da iştirak edib.

“Report”un Qarabağ Mərkəzi xəbər verir ki, dövlət başçısının sərəncamına uyğun olaraq Bərdə rayonundan olan 5 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad edilib.

Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsinin rəisi Rusif Quliyev "Report"a bildirib ki, cəzadan azad olunanlardan ikisi qadındır.

Bunlar Bərdə rayon sakinləri,

1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan mərhum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1989- cu il təvəllüdlü Məmmədova Elgül Elxan qızı,

2. Xəzər Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş 1987-ci il təvəllüdlü Qasımova Hüsniyyə Qərib qızı,

3. Bərdə Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş 1989-cu il təvəllüdlü Salmanzadə Süleyman Hafiz oğlu,

4. Bərdə Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş 1985-ci il təvəllüdlü Hüseynov Nicat Qurban oğlu,

5. Abşeron Rayon Məhkəməsinin hökmü ilə məhkum edilmiş 1984-cu il təvəllüdlü İlyasov Cəsarət Bəhmən oğlu Prezident İlham Əliyevin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad ediliblər.

Əfv olunan şəxslər isə Novruz bayramı ərəfəsində bələ bir sərəncama görə prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ümumilikdə 431 nəfərə şamil olunurb.

Son xəbərlər

Orphus sistemi