Prezident
“Report”un məlumatına görə, cəzaçəkmə müəssisəsindən 6 nəfər azadlığa buraxılır.
Buraxılan ən yaşlı məhkum 1945-ci il təvəllüdlüdür. Digər məhkumlardan 2 nəfər 1952-ci il, 1 nəfər 1953-cü il, 1 nəfər 1954-cü il, 1 nəfər isə 1955-ci il təvəllüddür.
Əfv edilən 6 məhkum Cəzaçəkmə Müəssisəsində həkim müayinəsindən keçirilərək azadlığa buraxıldılar.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı 176 nəfərə şamil olunacaq.