Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra olundu

Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra olundu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində icra olunub
Hadisə
130
19 Mart , 2021 09:55
Əfv sərəncamı 1 saylı cəzaçəkmə müəssisəsində icra olundu

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report” xəbər verir ki, 1 saylı cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 14 nəfərə şamil olunub.

Tədbir zamanı 13 məhkuma arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 1 nəfər məhkumun cəzası isə yarıya endirilib.

Azadlığa buraxılanlardan 1 nəfər Rusiya vətəndaşıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

Son xəbərlər

Orphus sistemi