Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb

Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb Onların arasında uşaqlar da var
Hadisə
18 Noyabr , 2017 10:24
Əfqanıstanda qar uçqunu baş verib, 10 nəfər ölüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Kunar vilayətində qar uçqunu baş verib. 

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə Kunar vilayətinin sözçüsü Əbdul Qəni Musammim məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə iki gündən çoxdur yağan intensiv qar səbəbindən uçqun olub: "Təbii fəlakət nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər ölüb, 1 nəfər isə yaralanıb". 

Son xəbərlər

Orphus sistemi