Əfqan Muxtarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Əfqan Muxtarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb "Meydan TV"nin əməkdaşları barəsində olan cinayət işi jurnalistin işindən ayrılıb
Hadisə
1 Noyabr , 2017 18:52
Əfqan Muxtarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə "Report"a onun vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iş üzrə istintaqın bitməsi ilə bağlı qərar onlara elan edilib və tanışlıq mərhələsinə keçilib.

E.Sadıqov bildirib ki, "Meydan TV"nin əməkdaşları barəsində olan cinayət işi Əfqan Muxtarlının işindən ayrılıb.

Qeyd edək ki, Ə.Muxtarlı bu il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılarkən xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, onda külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi