Yuxarı

Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb

Əfqan Muxtarlının apellyasiya şikayətinə baxılıb
Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Jurnalist Əfqan Muxtarlı

Bakı. 23 oktyabr. REPORT.AZ/ Jurnalist Əfqan Muxtarlının barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, Ə.Muxtarlının şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin (CM) 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra Nəsimi rayon Məhkəməsi onun həbs müddətinin uzadılması barədə qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi