Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
23 Avqust , 2017 15:36
Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Muxtarlının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) 206-cı (qaçaqmalçılıq), 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Son xəbərlər

Orphus sistemi