Əfqan Muxtarlı müvəqqəti azadlığa buraxılıb

Əfqan Muxtarlı müvəqqəti azadlığa buraxılıb O, hazırda Zaqataladadır
Hadisə
8 Fevral , 2018 12:16
Əfqan Muxtarlı müvəqqəti azadlığa buraxılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısı və qardaşının övladının yas (qırx) mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

“Report”un xəbərinə görə, o, hazırda Zaqatala rayonundadır.

Ə.Muxtarlı üç gündən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, keçən il dekabrın 30-da Ə.Muxtarlının bacısı Nuranə Muxtarlı və onun 2 yaşlı övladı, həmçinin 12 yaşlı qardaşı qızı dəm qazından zəhərlənərək ölüb.

Son xəbərlər

Orphus sistemi