Yuxarı
    Bağlamaq

    Əfqan Muxtarlı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib

    Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb

    Bakı. 31 may. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    "Report"un məlumatına görə, Ə.Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi