ƏƏSMN-dən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama

ƏƏSMN-dən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama Bəzi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin guya hansısa imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkil həqiqəti əks etdirmir.
Hadisə
5224
15 Aprel , 2020 22:45
ƏƏSMN-dən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama

Bəzi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin guya hansısa imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkil həqiqəti əks etdirmir.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, şəkildə “Vertu” markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub.

"Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb.

Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib. Ödəmə təyinatı aparılmış 326 şəxsdən heç birinin “Vertu” markalı telefona sahib olmadığı məlum olub.

Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızılıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk".

Son xəbərlər

Orphus sistemi