"Report"un xəbərinə görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbər işçiləri, millət vəkilləri, ictimai xadimlər, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının, bank və İKT sektorunun təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, hakimlər, vəkillər iştirak ediblər.
Açılışda Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova çıxış edərək təqdimat zamanı ictimai işlərin icrasına elektron nəzarət, mobil məhkəmə, elektron etibarnamə, "myGov" portalı və digər yeniliklərə dair məlumat veriləcəyini bildirib.
Təqdimat zamanı Nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə müvafiq innovativ həllər nümayiş etdirilib.
İctimai təqdimatda Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə çıxış edib. Bildirilib ki, dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli sərəncamına əsasən ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması məqsədilə yerli mütəxəssislər tərəfindən ictimai işlərə nəzarət qurğusu layihələndirilib və 2018-ci il dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı zamanı Prezident
Mobil məhkəmə barədə məlumat verilərkən qeyd edilib ki, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə "Elektron məhkəmə" informasiya sisteminin mobil versiyası hazırlanıb. "Mobil məhkəmə" proqram təminatı üzərindən istifadəçi "Şəxsi kabineti" vasitəsilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilər.
Diqqətə çatdırılıb ki, Ədliyyə Nazirliyi tərəfindən aparılan normativ hüquqi aktların internet elektron bazasının (e-qanun) və Hüquqi Aktların Dövlət Reyestrinin birləşdirilməsi əsasında müasir tələblərə cavab verən yeni vahid elektron qanunvericilik bazası formalaşdırılıb. Yeni sistemdə rahat istifadə şəraiti, müasir dizayn, geniş və sürətli axtarış imkanı, eləcə də normativ sənədlərin bir mənbədən əldə edilməsi təmin edilib, normativ hüquqi aktların struktur elementləri üzrə qəbul olunmuş qərarlarla tanış olmaq funksionallığı yaradılıb. Növbəti ildən sistemin mobil tətbiqi də istifadəyə veriləcək.
Ötən il
Bundan başqa, "Mobil notariat" proqram təminatının imkanları genişləndirilərək bu platforma üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.