Ədliyyə orqanlarında işləmək üçün 600-ə yaxın şəxs müraciət edib

Ədliyyə orqanlarında işləmək üçün 600-ə yaxın şəxs müraciət edib Bakı. 10 aprel. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı martın 1-dən aparılan sənəd qəbulu aprelin 16-da başa çatır.
Hadisə
10 Aprel , 2018 19:03
Ədliyyə orqanlarında işləmək üçün 600-ə yaxın şəxs müraciət edib
Report

Bakı. 10 aprel. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı martın 1-dən aparılan sənəd qəbulu aprelin 16-da başa çatır.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından "Report"a verilən məlumata görə, müsabiqədə iştirakla bağlı artıq 600-ə yaxın namizəd ərizə təqdim edib.

Komissiya tərəfindən namizədlərin test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik göstərmək məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında ənənəvi ödənişsiz hazırlıq kursunun başlanılması qərara alınıb.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Namizədlər Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya ala bilərlər.

Son xəbərlər

Orphus sistemi