Yuxarı

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan işlərin sayı açıqlanıb

Hesabat ilində Ekspert-ixtisas komissiyasında 18 məsələyə baxılıb

Bakı. 9 fevral. REPORT.AZ/ "2014-cü ildə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə 25 138 iş daxil olub. Bu da 2013-cü ilin nəticələri ilə müqayisədə 2 518 ədəd və ya 11,1 faiz çoxdur". "Report" xəbər verir ki, bu barədə Mərkəzin Elmi-tədqiqat və metodik iş şöbəsinin rəisi Hümmət Vəliyev məlumat verib.

Onun sözlərinə görə, ekspertizaların aparılmasında prosessual müddətlərin pozulması hallarına yol verilməyib: "Keçən il Mərkəz tərəfindən 41 ekspert ixtisası üzrə 23 minədək rəy verilib, ekspertlər 330 minədək suala cavab verməklə qaldırılmış məsələlərin 99,6 %-ni həll edib, hüquq-mühafizə orqanlarına cinayətə və digər ağır nəticələrə səbəb olan qanun pozuntularının aradan qaldırılması üçün 464 profilaktik sənəd, həmçinin ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı 86 metodik məktub göndərilib, 1 000-dən artıq profilaktik tövsiyə verilib, bu tövsiyələrin nəzərə alınması barədə 26 cavab məktubu alınıb".

O, həmçinin qeyd edib ki, Təhsil Nazirliyinin müraciətinə əsasən Mərkəz tərəfindən hazırlanan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə məhkəmə ekspert təcrübəsinin 2011-2013-cü illər üzrə ümumiləşdirmələri elektron variantda təqdim olunub. Hesabat ilində Ekspert-ixtisas komissiyasında 18 məsələyə baxılıb, o cümlədən Mərkəzdə stajorluq müddətlərini müvəffəqiyyətlə başa çatdıran 14 əməkdaşa aidiyyəti ekspert ixtisasları, 4 əməkdaşa isə müvafiq ekspert dərəcələrinin verilməsi barədə vəsatətlər qaldırılıb və hamısı müsbət həll edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi