Ədliyyə Nazirliyi bələdiyyə sədri barədə inzibati protokol tərtib etdi

Ədliyyə Nazirliyi bələdiyyə sədri barədə inzibati protokol tərtib etdi ​​​​​​​Ədliyyə Nazirliyi Quba rayonu Vladimirovka bələdiyyəsinin sədri Sona Yaqubova barədə inzibati protokol tərtib edib
Hadisə
2759
22 İyul , 2020 10:41
Ədliyyə Nazirliyi bələdiyyə sədri barədə inzibati protokol tərtib etdi

Ədliyyə Nazirliyi Quba rayonu Vladimirovka bələdiyyəsinin sədri Sona Yaqubova barədə inzibati protokol tərtib edib.

“Report”un əldə etdiyi məlumata görə, İnzibati Xəttalar Məcəlləsinin 549.2-ci (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə tərtib edilən protokola Quba Rayon Məhkəməsində baxılacaq. 

Bu inzibati xətaya görə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək cərimə edilir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədliyyə Nazirliyidir. 

Son xəbərlər

Orphus sistemi