​Ədliyyə naziri Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

​Ədliyyə naziri Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb Görüşdə məhkəmə-hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Hadisə
18 Aprel , 2016 15:30
​Ədliyyə naziri Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

Bakı. 18 aprel. REPORT.AZ/ Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Türkiyənin baş prokuroru Mehmet Akarça və Ədliyyə Akademiyasının rəhbəri Yılmaz Akçil daxildir.

Nazir son vaxtlar Türkiyədə baş verən amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib, Azərbaycan və Türkiyənin ikitərəfli səviyyədə səmərəli əməkdaşlığını, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinə dəstək olduğunu vurğulayıb.

F.Məmmədov iki ölkənin Ədliyyə nazirlikləri və Ədliyyə akademiyaları arasında imzalanan əməkdaşlığa dair sənədlərin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə şərait yaratdığını bildirib.

İ.R.Cirit Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə səfərini və dövlət başçılarının keçirdiyi ikitərəfli səmimi və isti görüşünü xatırladıb, Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər zamanı ölkənin hərtərəfli tərəqqisinin, o cümlədən məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyyətlərin şahidi olduğunu vurğulayıb. Qonaqlar məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduğunu söyləyib, yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd ediblər.

Türkiyə Ali Məhkəməsinin sədri bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində Ermənistanın təxribatının qarşısının alınmasında Azərbaycan ordusunun zəfərləri münasibətilə təbrik edib, baş verən hadisələrdə Azərbaycan hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı verib və bu münaqişənin həllində Türkiyənin dəstəyini ifadə edib.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən elektron məhkəmənin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi