Ədliyyə naziri: "610 milyon manat vergi borcu dövlət büdcəsinə ödətdirilib"

Ədliyyə naziri: "610 milyon manat vergi borcu dövlət büdcəsinə ödətdirilib" "Cari ildə 375 min icra sənədinin icrası təmin edilib"
Hadisə
606
23 Noyabr , 2020 12:41
 Ədliyyə naziri: 610 milyon manat vergi borcu dövlət büdcəsinə ödətdirilib

"Cari ildə Ədliyyə Nazirliyi tərəfindən 1 600-dən çox qanunvericilik aktı layihəsi hazırlaıb, 2 800-dən artıq normativ sənəd layihəsinə rəy verilib"

"Report" xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib.

Nazirin sözlərinə görə, bu müddət ərzində 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib, 230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb:

"Bu ildə 375 min icra sənədinin icrası təmin edilib, 610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə, vergi borcları ilə bağlı dövlət büdcəsinə ödətdirilib, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamamlanıb".

Son xəbərlər

Orphus sistemi