Prokuror ədliyyə məmuruna qarşı 58 min manatlıq dələduzluq edən Türkiyə vətəndaşına cəza istəyib

Prokuror ədliyyə məmuruna qarşı 58 min manatlıq dələduzluq edən Türkiyə vətəndaşına cəza istəyib Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 Mart , 2019 11:05
Prokuror ədliyyə məmuruna qarşı 58 min manatlıq dələduzluq edən Türkiyə vətəndaşına cəza istəyib
Report

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra zərərçəkmiş Esmira Qənizadə çıxış edib. O, dövlət ittihamçısı ilə razı olmadığını, T.Çalışqana daha ağır cəza verilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 18-dək təxirə salınıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadənin etibarın sui-istifadə edərək ona qarşı külli miqdarda ziyan vurub.

Belə ki, o, qadına Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vədi verib, ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl ətməyib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.

Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.

Son xəbərlər

Orphus sistemi