Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda dələduzluqda təqsirləndirilən Sevinc Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, iş baxılması üçün Bakı
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, ötən il iyunun 7-də Bakının Nəsimi rayonunda polis bölməsinə müraciət edən xarici vətəndaş Asfari Alirezani bildirib ki, 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayınadək olan müddətdə Sevinc adlı şəxs paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 77000 manat alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mirzəyeva müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, həmin qadın bir neçə şəxsə qarşı da dələduzluq əməli törədib.
Cinaət işində ümumilikdə 14 zərərçəkmiş var.