Əbülfəz Sadıqbəylinin şikayəti üzrə məhkəmə qərarı elan olunub

Əbülfəz Sadıqbəylinin şikayəti üzrə məhkəmə qərarı elan olunub Bakı. 7 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.
Hadisə
7 Dekabr , 2018 13:29
Əbülfəz Sadıqbəylinin şikayəti üzrə məhkəmə qərarı elan olunub

Bakı. 7 dekabr. REPORT.AZ/ Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

"Report"un məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən vəsatət təmin edilməyib.

Qeyd edək ki, ittihama görə, Əbülfəz Sadıqbəyliyə Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham irəli sürülüb.

O, "Nikoil Bank" adından saxta sənəd hazırlayıb ondan istifadə etməkdə təqsirləndirilir. İttihama görə, gənc fəal bankın krediti ilə aldığı "Niva" markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək maşını öz mülkiyyətinə keçirib daha sonra satmaqda ittiham edilir.

Səbail Rayon Məhkəməsində onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi